Arif Əsədov: Artıq qarşıda duran iki məqsəddən birinə çatdıq
18.12.2010 - 16:47
Arif Əsədov: Artıq qarşıda duran iki məqsəddən birinə çatdıq
"Bakı"ya məğlubiyyətdən sonra "Gəncə" ilə oyuna ciddi hazırlaşmışdıq. Düzdür, meydan sahibləri görüşə yaxşı başladılar, amma oyunun gedişində nəzarəti ələ alıb, istədiyimiz qolu vura bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

40 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XVIII turunun “Gəncə” ilə səfər oyunundan (4:0) sonra matç haqda fikirlərini açıqlayıb: “Qarşımıza məqsəd qoymuşduq ki, yeni iləcən olan oyunların ikisində də qələbə qazanaq. Artıq bunun birini həyata keçirdik. Çalışacağıq ki, "Turan"ı da məğlub edib, qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanaq".