“Muğan”ın məğlubiyyətinin sirri
18.12.2010 - 17:05
“Muğan”ın məğlubiyyətinin sirri
“Bugünkü oyun çox ağır keçdi, gərgin mübarizənin şahidi olduq. “Qarabağ” klubu ölkəmizi Avropada layiqincə təmsil etmiş çox güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın “Muğan” klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.

O, Unibank Premyer Liqasının XVIII turunun “Qarabağ”la oyunundan sonra 0:2 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Bu gün rəqibimiz mübarizə apardı, layiqli qələbə qazandı. Bir sıra gənc və perspektivli oyunçuları heyətimizə cəlb etmişdik. Növbəti oyunlarda onlardan yararlanmağı düşünürük. “Qarabağ” klubuna bu il də Avrokuboklarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıram”.

Mənbə: pfl.az