Premyer Liqanın sabahkı mərkəzi oyunu təxirə salındı
18.12.2010 - 18:05
Böyük Britaniyaya yağan qar İngiltərə Premyer Liqasının 4 oyununun təxirə salınması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilməsi mümkün olmayan “Uiqan” – “Aston Villa”, “Birminhem” – “Nyukasl”, “Arsenal” – “Stok Siti” və “Liverpul” – “Fulhem” qarşılaşmalarının ardından turun mərkəzi oyunu da təxirə salınıb.
Belə ki, sabah keçirilməli olan bütün dünyanın maraqla gözlədiyi “Çelsi” – “Mançester Yunayted” matçı baş tutmayacaq. London polisi ilə məsləhətləşmələrdən sonra “Çelsi” rəhbərliyi Premyer Liqa oyununun təxirə salınmasına qərar verib.
Qeyd edək ki, İngiltərə çempionatının aşağı dəstələri və Şotlandiya Premyer Liqasının bir sıra oyunları da təxirə salınıb və bu siyahının daha da genişlənəcəyi istisna olunmur.

0
0