Kaxaber Sxadadze: Bu oyun bizim üçün dönüş nöqtəsi idi
18.12.2010 - 19:01
Kaxaber Sxadadze: Bu oyun bizim üçün dönüş nöqtəsi idi
"Oyunun maraqlı və gərgin keçəcəyini bilirdik, bu gün bunun şahidi olduq. Adi epizodda səhv buraxdıq, qapımızda qol gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Unibank Premyer Liqasının XVIII turunun “Bakı” ilə oyunu hadqa fikirlərini açıqlayıb: “Lakin komandamın hesabı bərabərləşdirəcəyinə əmin idim. "Bakı"nın oyununu çox yaxşı təhlil etmişdik, zəif cəhətlərini bilirdik. Bu oyun bizim üçün dönüş nöqtəsi idi. Qalib gəldiyimiz üçün şadam".

Qeyd edək ki, “İnter” səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Mənbə: pfl.az