Vinfred Şafer: Ən azı 1 xala layiq idik
18.12.2010 - 19:07
Vinfred Şafer: Ən azı 1 xala layiq idik
"Hesabı açmamışdan öncə də fərqlənmək üçün bir neçə epizodumuz oldu, lakin bunlardan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Almaniyalı mütəxəssis Unibank Premyer Liqasının XVIII turunun “İnter”lə oyunu haqda fikirlərini açıqlayıb: “Təəssüf ki, əldə etdiyimiz üstünlüyü sonadək qoruya bilmədik, qapımızda iki qol gördük. Hesabı bərabərləşdirmək üçün bütün komanda ilə irəli atıldıq, amma buna nail ola bilmədik. Fikrimcə bu gün göstərdiyimiz baxımlı oyunla ən azı 1 xala layiq idik".

Qeyd edək ki, hesabı açdığı matçda 1:2 hesabı ilə uduzan “Bakı” liderdən artıq 15 xal geridədir.