“Xəzər Lənkəran” liderliyə layiq komandadır”
18.12.2010 - 21:08
“Xəzər Lənkəran” liderliyə layiq komandadır”
“Komandamız ilk hissədə daha yaxşı oynadı. Lakin ikinci yarıda rəqib oyunu bərabərləşdirdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Premyer Liqanın XVIII turunun MOİK-lə səfər matçında qələbə qazanan cənub təmsilçisi turnir cədvəlində liderliyini qorudu. Rumın çalışdırıcı bildirib ki, indi qarşıdakı oyuna hazırlaşacaqlar: “Emeka Opara və Katalin Doman kimi futbolçulara bu görüşdə oynamaq şansı verdik. Gələn tur "Qarabağ"la çətin oyunumuz var, artıq bu oyuna hazırlaşacağıq".

Rednikin həmkarı Ramil Əliyev isə bildirib ki, “Xəzər Lənkəran” onun komandasına oynamaq şansı verməyib: “Bu gün çempionatın liderinə qarşı oynadıq. "Xəzər Lənkəran" oyunu ilə sübut etdi ki, liderliyə layiq komandadır. Bizə demək olar ki, qol imkanı vermədilər. Hesab açılana qədər oyunu əks-hücumlar üzərində qurmaq istəyirdik. Növbəti tur səfərdə "Simurq"la qarşılaşacağıq. Artıq sabahdan bu oyunun hazırlıqlarına start verəcəyik.