Toni Adams: Bu oyunda azarkeşlərin həzz aldığını düşünürəm
19.12.2010 - 16:41
“Baxımlı oyun alındı. Azarkeşlərin həzz aldığını düşünürəm. Çünki hər epizoddan baxımlı qollar vuruldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
Əyalət təmsilçisi bu gün ölkə çempionatının XVIII turu çərçivəsində AZAL-ın qonağı oldu. 2:0 hesabı ilə irəlidə olmasına baxmayaraq, sonda “Qəbələ” qələbəni əldən verdi. Oyunsonrası mətbuat konfransında ingilis çalışdırıcı komandada problem olduğunu vurğulayıb: “Komandada zədəli futbolçularla bağlı problem var idi. Uşaqların yaxşı oyunundan razı qaldım. Kubok matçında 2 yerli futbolçu itirmişdik. Bu gün də Saşa Yunisoğlu və Arif İsayev meydana xəstə ola-ola çıxmışdılar. Hər ikisinə təşəkkür edirəm”.
Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.

0
0