Nazim Süleymanov: Özümüzə gələndə artıq gec idi
19.12.2010 - 16:48
 Nazim Süleymanov: Özümüzə gələndə artıq gec idi
AZAL futbol klubunun baş məşqçisi Nazim Süleymanov ölkə çempionatının XVIII turunda “Qəbələ” ilə oyundan sonra fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, “təyyarəçilər”in çalışdırıcısı qeydə alınan 2:2 hesablı nəticəni ədalətli sayıb: “Rəqib 12 oyundur uduzmurdu və qapısından qol buraxmırdı. Bu gün qol vurub onların seriyasını qırsaq da, qələbə qazana bilmədik. Erkən qol buraxdıq və özümüzə gələndə artıq gec idi. Bəxt amilini də unutmayaq. Nəticə ədalətli sayıram. Uduzduğumuz halda, heç-heçə etdik”.