Lyubo Baranin: Bu mənim ən yaxşı silahımdır
20.12.2010 - 00:02
“Oyun çox çətin keçdi. Düşünürəm ki, hesab ədalətli oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Lyubo Baranin deyib.
Premyer Liqanın XVIII turunda AZAL-la qarşılaşan əyalət təmsilçisi oyuna yaxşı başladı. Artıq 2-ci dəqiqədə hesabı açan Toni Adamsın yetirmələri ilk yarının ortalarında daha bir qol vurdu. Fasilə ərəfəsində rəqibin hesab arasındakı fərqi minimuma endirməsinə mane ola bilməyən “qırmızı-qaralar” ikinci hissədə çox zəif təsir bağışlayıb. Buna görə də, son dəqiqələrdə hesab bərabərləşib.
Paytaxtdan bir xalla ayrılan Qəbələ təmsilçisi ilk “altılıq”dakı yerini möhkəmlədib. Elə Baranin də bunu deyib: “Hazırkı durumumuzdan məmnunuq. Komandamız ilk “altılıq”da yer alıb. Əslində, qol vurmaq üçün şanslarımız yenə oldu, istifadə edə bilmədik”.
Oyundan sonra AZAL-ın kapitanı Aqil Nəbiyevlə aralarında yaranan qalmaqala gəlincə, Baranin bunun anlaşılmazlıq üzündən baş verdiyini vurğulayıb: “Bu haqda heç nə danışmaq istəmirəm. Meydanda hər şey olur. Bunu qabartmağın mənası yoxdur”.
Uzun aut atışları barədə də danışan əcnəbi futbolçu bunu özünün silahı adlandırıb: “Bunun üzərində çox işləyirəm. Uzun aut atışları mənim ən yaxşı silahımdır”.

0
0