Ölümdən dönən futbolçu danışdı
20.12.2010 - 00:05
Premyer Liqanın XVIII turunda “Şəfa” stadionunda keçirilən AZAL – “Qəbələ” matçında xoşagəlməz olay yaşandı. Oyunun gedişində qonaq komandanın yarımmüdafiəçisi Nodar Məmmədov huşunu itirdi. Top başına dəydikdən sonra yerə yıxılan 22 yaşı futbolçuya dərhal təcilli-tibbi yardım göstərildi. Meydanı xərəkdə tərk edən Məmmədov ardınca xəstəxanaya aparıldı. Amma yenidən stadiona qayıdan futbolçu apasport.az saytına müsahibəsində başına gələnlər barədə danışıb.
- İlk yarının sonuna yaxın rəqib cərimə zərbəsini yerinə yetirərkən, top sifətinizə dəydi və huşunuzu itirdiniz. Ümumiyyətlə, həm anda nə baş verdi?
- Top başıma dəydi və silkələnmə hiss etdim. Yerə yıxılan zaman isə gözlərim qaraldı. Özümü hiss etmədim.
- Meydana daxil olan həkimlərin sizə köməyi dəydimi?
- Meydanı xərəkdə tərk edən zaman özümə gəlmişdim. Sadəcə, dedilər ki, əmin olmaq üçün rentgendən keçmək lazımdır. Buna görə də, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparıldım. Nəticələr yaxşı oldu. Heç bir problem yoxdur.
- İndi özünüzü necə hiss edirsiniz?
- Bir az başım gicəllənir, gözlərim qaralır.
- Yəqin ki, bir müddət dincələcəksiniz?
- Həkim ən azı 2 gün yataq rejimində qalmağımı və verilən dərmanları içməyimi məsləhət bildi. 2-3 gün dincəldikdən sonra yenidən məşqlərə başlayacam.
- Bu halla yığmanın heyətində də üzləşmişdiniz. Uelslə qarşılaşmada diliniz qatlanmışdı...
- Elə buna görə də həkimlər rentgendən keçməyimi məsləhət bildi.
- Bəs oyun necə keçdi?
- Yaxşı başlamışdıq. İşlər heç də pis getmirdi. Ancaq sona yaxın qələbəni əldən verdiyimizə görə təəssüflənirəm.
- Mövsümün əvvəlində heç kimin iddialı saymadığı “Qəbələ” bu gün ilk “altılıq”dadır və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır...
- Çempionatın əvvəlində ardıcıl xal itirməyimiz heyətin yeni yığılması ilə bağlı idi. Komanda tam komplektləşməmişdi. Oyunçularımızın əksəriyyəti yeni idi. Oyundan-oyuna artırdıq və bu gün komandanın xoş təsir bağışladığını söyləmək olar.
- Bu il onuncu oyununuzu “Bakı”ya qarşı keçirəcəksiniz. Bu görüşdən nə gözləyirsiniz?
- Həmin oyunda qələbə bizə çox lazımdır. İlk “altılıq”dakı yerimizi qorumaq istəyirik. Bunun üçün evdə keçirəcəyimiz “Bakı” ilə matçdan 3 xalla ayrılmalıyıq.

0
0