Nazim Süleymanovun sualı və cavabı
20.12.2010 - 00:07
Nazim Süleymanovun sualı və cavabı
“Rəqibin aut atışları zamanı təhlükəli epizodlar yaratdığını bilirdik. Bunu futbolçulara da demişdik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib.

“Qəbələ” ilə matçın sonlarına yaxın komandasının heç-heçəyə nail olmasına sevinən baş məşqçi oyunsonrası keçirilən mətbuat konfransında rəqibin aut atışları zamanı təhlükə yaratdığını və bunun qarşısını almağın yolunu yetirmələrinə başa saldığını deyib: “Lyubo Baranin aut atışları zamanı topu cərimə meydançasına ötürürdü. Bu zaman müəyyən təhlükəli anlar yaranırdı. Buna görə də nə etmək lazımdır? Təbii ki, topu auta çıxarmamaq. Bunu uşaqlar demişdik. Yəni, topu auta çıxarmaqdansa, cərimə etmək daha yaxşı idi. Onda rəqib topu əli ilə deyil, ayağı ilə oyuna daxil etməli olacaqdı”.