Sadıqov oynamadı, komandası qalib gəldi
20.12.2010 - 09:46
Sadıqov oynamadı, komandası qalib gəldi
Türkiyə Superliqasında 2010-cu ilə yekun vurulub. Apasport.az saytının məlumatına görə, komandalar qış fasiləsi ərəfəsində sonuncu oyunlarını keçiriblər. Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi “Əskişəhərspor” klubu səfərdə “Kasımpaşa”nın qonağı olub. 28 yaşlı müdafiəçimizin yenə meydandan kənar qaldığı qarşılaşmada Bülənt Uyğunun yetirmələri 2:0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xal hesabını 22 çatdıran “Əskişəhərspor” 17 turdan sonra 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Rəşadın komandası növbəti çempionat oyununu gələn il yanvarın 23-də səfərdə “Gənclərbirliyi”nə qarşı keçirəcək.