Afrikanın ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO
20.12.2010 - 09:59
Afrikanın ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO
Afrikanın ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatında Qana yığmasının 1/4 finaladək irəliləməsində böyük əməyi olan hücumçu Asamoa Qyan birinci olub.

Yayda Fransa “Renn”indən İngiltərənin “Sanderlend” klubuna keçən 25 yaşlı futbolçu BBC internet saytının və bu şirkətin afrikalı dinləyiciləri arasında keçirilən səsvermədə hamını qabaqlayıb. Aşkar üstünlüyə malik olan Asamoa səslərin yarıdan çoxunu yığıb. O, həmyerlisi, məşhur qanalı futbolçu Abedi Pelenin oğlu Andre Ayunu, Kot d’İuvarlı Yaya Ture və Didye Droqbanı, habelə Samuel Eto’O-nu geridə qoyub.