“Oyunun heç-heçə bitməsi ədalətli nəticədir”
23.12.2010 - 19:08
“Oyunun heç-heçə bitməsi ədalətli nəticədir”
"Çox maraqlı qarşılaşma oldu. Müəyyən epizodlarda "Simurq" komandasında üstünlük var idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri MOİK-in baş məşqçisi Ramil Əliyev deyib.

“Hərbçilər” bu gün ilin son turunda güclülər dəstəsində qalmaq uğrunda mübarizədə əsas rəqiblərindən olan “Simurq”la səfər oyununda heç-heçə edib – 1:1. Əliyev nəticəni oyuna görə sayır: “Məncə, oyunun heç-heçə bitməsi ədalətli nəticədir. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı. Çalışacağıq ki, buna nail olaq".

“Simurq”un makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski bir çox qol imkanlarının istifadə edə bilmədiklərindən danışıb: “MOİK-in qapımızdan keçirdiyi qol futbolçularımıza psixoloji cəhətdən pis təsir etdi. İstədiyimiz nəticəni əldə edə bilməsək də, futbolçularımdan razı qaldım. Oyundan sonra MOİK-in qapımızdan keçirdiyi qolun videoyazısına baxdım, oyundan kənar vəziyyət yox idi. Hakimin qərarı düzgün idi".