Qurban Qurbanov: Çoxdandır belə gözəl atmosferdə oynamırdıq
23.12.2010 - 19:33
“Bu gün belə gözəl atmosferdə oynamaq hamımız üçün xoş idi. Çoxdandır belə ab-havada oynamırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
2011-cu ilə “Xəzər Lənkəran” üzərində 2:1 hesablı qələbə ilə yollanan “Qarabağ” bununla da rəqibini cari mövsümdə evdə yenən komanda ilk oldu. Qurbanovun fikrincə, hesab hər ana dəyişə və görüş heç-heçə nəticələnə bilərmiş: “Xəzər Lənkəran”ın da qol imkanları oldu. Rumıniyalı mütəxəssis Mirça Rednik yaxşı komanda yaradıb. Meydanda sona qədərə mübarizə getdi. Bu qələbə ilə yaxşı yekunlaşdırdıq”.

0
0