“Turan” təcrübəsiz futbolçulardan qurulub”
24.12.2010 - 00:01
“Komandamız təcrübəsiz futbolçulardan qurulub. Bu da qələbə qazanmağımızda problem yaradır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun yarımmüdafiəçisi Viktor Qonta deyib.
Yaydan Tovuz təmsilçisinin uğurları üçün çalışan moldovalı futbolçu “Neftçi” ilə oyun haqda danışarkən, bəxt amilinə də toxunub. Həqiqətən də oyuna yaxşı başlayan əyalət klubu 4-cü dəqiqədə qol vurmağa yaxın olsa da, Azər Məmmədovun baş zərbəsindən sonra top qapı tirinə tuş gəldi. Sanki bundan sonra üstünlük tamamilə rəqibə keçdi. Nəticədə “Turan” 0:2 hesablı məğlubiyyətlə barışmalı oldu: “Bir neçə oyunda bəxt komandamızın yanında olmadı. Bu oyuna da fəal başlamışdıq. Ancaq ilk fürsəti dəyərləndirə bilmədik. Qış fasiləsi zamanı komandanın gücləndiriləcəyini düşünürəm”.
“Turan”ın formasını geyinməkdən məmnun olduğunu da ifadə edən yarımmüdafiəçi yeni baş məşqçi haqda danışmaq istəmədi: “Burda olmaqdan məmnunam. “Turan” əsl inkişaf etmək üçün əla komandadır”.

0
0