“Fənərbaxça” prezidentinə sərt cəza
23.12.2010 - 23:44
“Fənərbaxça” prezidentinə sərt cəza
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi növbəti cəzalarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, qurum "Fənərbaxça"nın prezidenti Əziz Yıldırımı 21 günlük klub rəhbərliyi haqlarından məhrum və 30 min lirə cərimə edib.

Səbəb isə Yıldırımın 18 dekabrda "Sivasspor"la matçdan sonra hakimlər otağına girərək hakimi təhqir etməsidi. Eyni zamanda, klubun özü də ayrılıqda 15 min lirə cərimələnib.

Cəzalar bununla bitməyib. Qurum "Qalatasaray"ın legioneri Erik Kananı da 2 oyunluq diskvalifikasiya edib. Bunun səbəbi isə onun "Konyaspor"la oyunda rəqib oyunçuya qarşı qaydalardan kənar hərəkət etməsi göstərilir.