Ronaldinyo köhnə komandasına qayıdır
24.12.2010 - 00:00
"Milan" rəhbərliyi ilə görüşərək, ayrılmaq istədiyini bildirən Ronaldinyonun yeni klubu məlum olub. Apasport.az saytının xəbərinə görə, 30 yaşlı futbolçu karyerasına başladığı klubda - Braziliya "Qremio"sunda davam edəcək.
Peşəkar karyerasına 1998-ci ildə "Qremio"da start verən Roni Avropanın bəzi klublarından təklif almasına baxmayaraq, ölkəsində oynamağa üstünlük verib. Braziliyada bir televiziya kanalına danışan klub prezidenti Paolo Odone oyunçu ilə hər məsəldə razılığa gəldiklərini deyib: "Transferi bitirmək üzrəyik. Ronaldinyonun meneceri "Milan"la son işləri həll edəcək. Daha sonra "Milan"la transferi rəsmiləşdirəcəyik. Onun "Qremio"ya qayıtmasın görə şadam".

0
0