Yığmamıza 20 futbolçu çağırıldı
30.12.2010 - 10:53
Yığmamıza 20 futbolçu çağırıldı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vəli Qasımov komandaya 20 futbolçu çağırıb.

Bu oyunçular gələn il yanvarın 2-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəklər.

Turnirdə ölkəmizin şərəfini Məqsəd İsayev, Elşən Abdullayev, Ruslan Tağızadə, Emil Balayev, Slavik Alxasov, Kərim Diniyev (hamısı “Neftçi”), Rəşad Əzizov, Aleksandr Qross, Ruslan Cəfərov, Fuad Bayramov (hamısı “İnter”), Orxan Sadıxlı (“Xəzər Lənkəran”), Azər Abbasov, Elçin Hüseynov, Tural Hümbətov, Rizvan Umarov (hamısı “Zenit”, Rusiya), Ruslan Bədəlov (“Olimpiya”, Rusiya), Nurlan Novruzov (“Bakı”), Emin İbrahimov, Mehdi Rəsulov (hər ikisi “Abşeron”) və Akif Tağıyev (“Turan”) qoruyacaqlar.


Mənbə: affa.az