İngiltərə yığması üçün azərbaycanlı hakim
30.12.2010 - 12:01
İngiltərə yığması üçün azərbaycanlı hakim
Futzal üzrə FİFA referisi Elçin Məmmədov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz futzal üzrə Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarında iştirak edəcək.

Məmmədov 2011-ci il yanvarın 20-dən 26-dək Makedoniyada təşkil olunacaq C qrupunun oyunlarını idarə edəcək hakimlər sırasında yer alıb. Bu qrupda Makedoniya, İngiltərə, Gürcüstan və Estoniya milli komandaları mübarizə aparacaq.

Mənbə: affa.az