Premyer Liqamızın iştirakçıları qeyri-adi turnirdə
30.12.2010 - 12:39
Azərbaycan Premyer Liqasının litvalı futbolçuları Vilnüsdə məharətlərini göstəriblər. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin qapıçısı Paulius Qribauskasla “İnter”in müdafiəçi Paulius Paknis qeyri-adi futbol turnirində oynayıblar.
Milad bayramına həsr olunan turnirdə iştirak edən komandalar arasında müxtəlif nəslin nümayəndələri - veteranlar, gənclər, valideynlər, sponsorlar və futbola biganə olmayan insanlar yer alıb. Turniri 8-ci ildir təşkil edən litvalı məşqçi Viktor Osetrov kənarda qalmayaraq, hamı kimi yaşıl meydançada qaçıb. 1984-cü ildə anadan litvalı adaşlar Osetrovun yetirmələridir və onlar müəllimlərinin dəvəti qəbul ediblər.
Qeyd edək ki, Qribauskas 2009-cu ilin yayından “Neftçi”də oynayır. Ötən qış “İnter”ə gələn Paknis isə cari mövsümdə “Simurq”a icarəyə verilsə də, hələ I dövrənin sonunda geri qayıtdı.

0
0