2010-cu ilin rəmzi yığması
30.12.2010 - 18:16
2010-cu ilin rəmzi yığması
2010-cu il üçün dünyanın rəmzi yığması müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniyanın məşhur “Marca” qəzeti ilin komandası ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Dünya çempionu olan İspaniya millisinin 7 futbolçusunun yer aldığı heyətdə braziliyalı, uelsli, portuqaliyalı və argentinalı da var. Primera klublarından “Barselona” 6, “Real”dan 3 nəfər rəmzi komandada qərarlaşıb. “Tottenhem” və İtaliya “İnter”inin cəmi 1 təsəllisi var.

Qapıçı: İker Kasilyas (İspaniya, "Real")

Müdafiəçilər: Maykon (Braziliya, "İnter"), Jerard Pike (İspaniya, "Barselona"), Karles Puyol (İspaniya, "Barselona"), Qaret Beyl (Uels, "Tottenhem").

Yarımmüdafiəçilər: Xabi Alonso (İspaniya, "Real"), Xavi (İspaniya, "Barselona"), Andres İnyesta (İspaniya, "Barselona").

Hücumçular: Kriştianu Ronaldu (Portuqaliya, "Real"), David Vilya (İspaniya, "Barselona"), Lionel Messi (Argentina, "Barselona").