Alim Qurbanov: Gözümü açanda, Maradonanı gördüm
09.01.2011 - 16:47
“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Alim Qurbanovun apasport.az saytına müsahibəsi
- Özünüzü necə təqdim edirsiniz?
- Sadəcə, adımı deyirəm. Soyadıma ehtiyac olmur. Futbolçu olduğumu da demirəm. Çünki tanıyan, tanıyır. Deyib, özümü reklam eləmək istəmirəm.
- Uşaqlıq illəriniz harada və necə keçib?
- 16 yaşımadək Gəncədə yaşamışıq. Elə futbola da orda başlamışam. 7 yaşım olandan rəhmətlik Konstantin Abromenkonın məşqlərində iştirak edirdim. Təxminən 1996-97-ci illərdə o vaxt “Polis Akademiyası” var idi. Həmin komandanın məşqlərinə qatıldım. Bir il bu komandada oynadıqdan sonra əsgərliyə yollandım. 1997-ci ildən 2000-ci ilin sonlarına qədər MOİK-də çıxış etdim. Daha sonra Ağasəlim Mircavadov “Qarabağ”a dəvət etdi. Bu mütəxəssisin rəhbərliyi altında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında da çıxış etmişəm. Müxtəlif illərdə “Neftçi”nin də uğurları üçün tər tökmüşəm.
- Ümumiyyətlə, uşaqlıq illərinizi xatırlayanda, yadınızda daha çox nələr qalıb?
- Futbola marağım olduğundan, çox vaxt dərsdən qaçıb uşaqlarla oynamağa gedirdim. Dərsə gedəndə də səbirsizliklə məktəbdən çıxacağım saatı gözləyirdim. Məşqdə 3 qrup idik. Həmyaşıdlarımla yanaşı, bizdən böyük və kiçik qruplar məşq edirdi. Tez gedib, məşqçiyə kömək edirdim. Daha sonra öz yaşıdlarımla məşqə çıxırdım, bizdən sonra isə böyüklərin hazırlığı başlayırdı. Məşqçidən icazə alıb, onlarla da hazırlaşırdım. Çox vaxt məşqçi böyüklərlə hazırlaşmağa icazə vermirdi. Hərdən bir oynamağıma imkan yaradırdı.
- Niyə futbolu seçdiniz? Başqa idman növlərinə marağınız yox idi?
- 1986-cı ildə dünya çempionatını izlədim. Yəni, gözümü açanda, Maradonanı gördüm. Sonra Bebeto, Romario kimi ulduz oyunçuları izlədim. Ailədə 4 qardaşıq. Həyət evində yaşasaq da, atam dərsdən sonra çıxıb küçədə oynamağımıza icazə vermirdi. İstəmirdi pis uşaqlara qoşulaq. Buna görə də, qardaşlarımın birini qarmon, digərini nağara dərnəyinə yazdırdı. Məni də nağara dərnəyinə yazdırmaq istəyirdi. Hətta nağara da almışdı. Ancaq getmədim. Axırda atam dedi ki, çıx uşaqlarla futbol oyna görüm, bacarırsanmı? Oynadım və bəyəndi. Sonra məni dostunun yanına apardı. O da məşqə çıxdıqdan sonra atama şəkilmi gətirməyi tapşırdı. Bundan sonra futbollu günlərim başladı.
- Adətən evin kiçiyini tez-tez harasa buyururlar. Sizdə də belə idi?
- Dərslərimi oxumurdum. Buna görə də atam hirslənirdi, məşqə getməyə icazə vermirdi. Buyurmağa gəldikdə, ora-bura məni göndərirdilər. Bacım olmadığına görə, anama da mən kömək edirdim. Həm də elə tərbiyə olunamamışıq ki, özümdən böyüyə cavab qaytarıb, sözünü eşitməyək. Bu, mümkün deyildi.
- Elə vaxt olubmu ki, evi təmizləmək və ya yemək bişirmək işi sizə tapşırılsın?
- Məşqdən gələndə, eləcə də evə qonaq gələndə süfrəni açmağa həmişə kömək etmişik. Tək mən yox, qardaşlarımın hamısı. Hərəmiz bir işin qulpundan yapışırdıq ki, anamıza çox yük düşməsin.
- 2010-cu il yadınızda nə ilə qaldı?
- Yaxşı günlərim də oldu, yada salmaq istəmədiyim anlarım da. Udduğumuz oyunları xatırlamaq istəyirəm. Məğlubiyyət hər zaman qanqaraldıcıdır. Şəxsi həyatımda isə yenilik yoxdur.
- Evlisinizmi?
- Xeyr. Amma valideynlərim, eləcə də qohum-əqraba evlənməyimi məsləhət görürlər. İndiki zamanda ailə həyatı qurmaq da çətindir. Yəni istədiyin qızı tapmaq çətindir. İnşallah, bu il subaylığın daşını atmaq niyyətindəyəm.
- Bir qədər gecikdiyinizi düşünmürsünüz?
- Əlbəttə, gecikmişəm. Gəncədə sinif yoldaşlarım var, 21-22 yaşında ailə qurublar, indi uşaqları 6-7-ci sinifdə oxuyurlar. Doğurdan da başımız futbola qarışıb, gecikmişik. 23-25 yaş evlənmək üçün daha münasib vaxtdır.
- Bəs kiminlə evlənəcəyinizi dəqiqləşdirmisiniz?
- Bunu evdəkilərin öhdəsinə buraxmışam.
- Yəni, valideynləriniz kimi məsləhət bilsə, onunla ailə quracaqsınız...
- Bəli. Anam, atam kimi desə, onunla evlənəcəm. Böyüyümdürlər.
- Adətən bu cür evliliklər zamanı sonradan problemlər yaranır. Biri-birini başa düşməkdə çətinlik çəkirlər.
- Deməzdim, böyük qardaşımı da atamın məsləhəti ilə əmim-nəvəsi ilə evləndiriblər. Şükürlər olsun ki, heç bir problem yoxdur. Çalışacam, Bakıdan evlənim.
- Bakıda eviniz varmı?
- Var. Qardaşlarımın ikisi də burda yaşayırlar.
- Neçəyə almısınız?
- “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov hədiyyə edib. Hazırda təmir işləri gedir. 3 ildir təmirə başlamışam, hələ qurtarmaq bilmir. Problemlərimiz də çoxdur. Ailəmə kömək edirəm.
- Qazancınız sizi qane edirmi?
- Məni də, ailəmi də qane edir. Tək olsam, artıqlaması ilə bəs eləyər.
- Dovşan ilindən nə gözləyirsiniz?
- Qorxulu ildir. Buna baxmayaraq, çempion olmaq və kuboku qazanmaq istəyirəm.
- Bir ara “Xəzər Lənkəran”dan kənarlaşdırıldınız.
- Bu klub rəhbərliyinin deyil, o vaxtkı baş məşqçi İqor Ponomaryovun istəyi ilə həyata keçirildi. Mənimlə yanaşı, Füzuli Məmmədovu da komandadan kənarlaşdırdılar. Səbəbini bilmirəm. Mais müəllim icarə əsasında “Karvan”da oynamağımı istədi.
- Lənkərandakı oyunda azarkeşlər sizi fitə basdılar.
- Əksinə, bizi alqışladılar. Azarkeşlər xatirimizi çox istəyirlər. Çünki komanda yaranan gündən ordayıq. Hərdən uduzanda müəyyən narazılıq olur. Bu da başa düşüləndir.

0
0