“Titanik”də fərqlənən azərbaycanlı futbolçu
14.01.2011 - 00:57
Almaniyanın “TUS Dornberq” klubunun əslən azərbaycanlı futbolçusu Uğur Pamuk Türkiyədə fərqlənib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi Türkiyənin 3-cü divizion təmsilçisi “İsparta” klubu üzərində böyük hesablı qələbədə iştirak edib. “Neftçi”nin qaldığı “Titanik” otelinin meydançasında keçirilən yoxlama oyunu 4-cü Bundesliqa təmsilçisinin 4:0 hesablı qələbəsi ilə nəticələnib. 90 dəqiqə meydanda olan Uğur ona Almaniyada ləqəbi verilən “Messi” kimi 10 nömrəli formanı geyib, yarımmüdafiənin sağ cinahında yer alırdı. Pamuk 1-ci və 3-cü qolda məhsuldar ötürmə verməklə, qələbədə pay sahibi oldu. “TUS Dornberq”in hücumlarının böyük əksəriyyəti məhz Uğurun yer aldığı sağ cinahdan qurulurdu. Cəld, sürətli olan futbolçu yaxşı ötürmələri ilə yadda qaldı.
Qeyd edək ki, Uğur saytımıza verdiyi müsahibədən sonra milli komandamızın maraq dairəsinə düşüb.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Uğur saytımıza verdiyi müsahibədən sonra milli komandamızın maraq dairəsinə düşüb.
Mehman SÜLEYMANOV
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0