Ramiz Məmmədovun “Atırau”da debütü uğursuz oldu
14.01.2011 - 09:40
Ramiz Məmmədovun “Atırau”da debütü uğursuz oldu
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədov Qazaxıstanın “Atırau” klubunun baş məşqçi postunda debüt edib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz bir müddət əvvəl baş məşqçi postuna təyin olunduğu komandanı ilk matça çıxarıb. Məmmədovun qeyri-rəsmi debütü uğursuz alınıb.

Belə ki, yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Atırau” ilk yoxlama görüşündə məğlub olub. Məmmədovun yetirmələri Albaniya çempionatının 16 turundan sonra 5-ci pillədə qərarlaşan Tirana “Dinamo”su ilə görüşüblər. Albaniyalıların ilk hissədə vurduğu qol matçda yeganə olub və həmyerlimizin “Atlrau” karyerası məğlubiyyətlə başlayıb.