“Xəzər Lənkəran”ın yeni transferi: Çempionluğa hazırlaşırıq
15.01.2011 - 00:08
“Yeni komandam haqda nə deyə bilərəm? Əhval-ruhiyyə çox yaxşıdır. Səhər məşqində fiziki, axşamlar isə taktiki hazırlıq üzərində çalışırıq. Bizim üçün bütün şərait yaradılıb və yüksək səviyyədə məşqlər keçirik. İnşallah, çempionluğa hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yeni transferi Elnur Abdullayev deyib.
Cənub təmsilçisinə Salyanın “Muğan” klubundan keçən 24 yaşlı futbolçu artıq yeni komandası ilə Antalyada təlim-məşq toplanışındadır. Onun fikrincə, keçmiş və hazırkı komandalarının məşqçi fərqlidir: “Əvvəlki klubumda başqa futbol oynayırdılar, burda başqa. Orda əsasən topla, burda isə həm bu, həm də fiziki hazırlığa üstünlük verilər. Ayrı-ayrı taktikalara malik komandalardır”.
Abdullayev, həmçinin bildirib ki, heyətdə güclü rəqabət olsa belə, “Xəzər Lənkəran”a ehtiyatda qalmağa gəlməyib: “Düzdü, güclü rəqabət var. Digər tərəfdən, bu, yaxşı haldır, çünki məsuliyyət hiss edirsən. Yəni, kim güclüdürsə, o da oynayacaq. Mən də çalışıram ki, məşqçilərin verdiyi şansı doğruldum. Hələlik bütün futbolçuların hamısı gəlməyib. Bununla belə, bura ehtiyatda oturmağa gəlməmişəm”.

0
0