“Gəlib dedi ki, “Bakı”dan təklif almışam...” - MÜSAHİBƏ
15.01.2011 - 01:00
Ötən həftədən etibarən məşqlərə başlayan AZAL yanvarın 12-dən etibarən təlim-məşq toplanışına yığışıb. “Airport” oteldə məskunlaşan “təyyarəçilər” məşqlərini klubun Şüvəlanda inşa edilən stadionunda həyata keçirir. Fiziki planda çalışmalara üstünlük verən paytaxt təmsilçisi bir neçə futbolçunu da yoxlayır. Baxışa dəvət edilənlər arasında legioner futbolçu da var. Həm hazırlıq, həm də komandaya dəvət ediləcək futbolçularla bağlı baş məşqçi Nazim Süleymanovla söhbətləşdik.
- Təlim-məşq toplanışının gedişi barədə məlumat verərdiniz.
- Hazırlığa yanvarın 8-də başlamışıq. Həmin gün yerli futbolçular məşqlərə qatıldılar. Legionerlər isə komandaya yanvarın 10-da qoşuldular. Təlim-məşq toplanışına isə yanvarın 12-dən başlamışıq. Komanda “Airport” otelində məskunlaşıb və gündə 2 dəfə olmaqla məşq edirik. Bakıda olduğumuz müddətdə 2 yoxlama oyununda gücümüzü sınayacağıq. Bu oyunlar sırf fiziki hazırlıq baxımından əhəmiyyət kəsb edəcək. Futbolçuları yükləmələr fonunda yoxlayacağıq. Yanvarın 18-dən fevralın 1-nə qədər Antalyada təlim-məşq toplanışı keçirəcəyik. Orada 4 yoldaşlıq oyunu (rəqiblər barədə başqa xəbərdə oxu-red.) keçirməyi nəzərdə tutmuşuq. Artıq sparrinq-rəqiblərimizin adları məlumdur. Fevralın 1-də Bakıya döndükdən sonra 2 gün futbolçulara istirahət veriləcək. Ayın 3-də məşqlərimizi bərpa edəcəyik. Çempionat oyununa qədər əvəzedici komandamızla bir oyun təşkil edəcəyik. Bundan sonra fevralın 12-də “Gəncə” ilə keçirəcəyimiz oyuna hazırlaşacağıq.
- Baxışa xeyli sayda legioner futbolçu dəvət etsəniz də, hələlik onlardan biri komandaya qoşulub. Gecikmə nə ilə bağlıdır?
- Bəli, hələlik özbəkistanlı Aleksandr Şadrin məşqlərimizdə iştirak edir. Makedoniya, Bosniya və Herseqovinadan dəvət etdiyimiz futbolçuların gecikməsi Avropda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır. 8-10 futbolçunu isə Antalyaya dəvət etmişik. Orada onları sınayıb, minimum üçünü komandaya götürəcəyik. Çünki gücləndirməyimiz gərəkən mövqelər var. Yerli futbolçularla da maraqlanırıq. MOİK-də çıxış edən Cavid Rəhimov hazırda bizim məşqlərdə iştirak edir. Çalışırıq ki, əvəzedici heyətdən oyunçular dəvət edib, sınayaq.
- Şadrin ilə bağlı ilkin rəyiniz necədir?
- Pis təsir bağışlamır. Hücumameyilli yarımmüdafiəçidir. Onu yoxlama oyunlarında sınayacağıq. Kollektivə uyğunlaşmasını, özünü necə aparmasını müəyyənləşdirdikdən sonra, Antalyaya aparıb-aparmayacağımız barədə qərar verəcəyik.
- Mövsümün arxada qalan hissəsi ilə bağlı futbolçularla söhbət edərkən, komandanızın üzvləri oyunlara eyni heyətlə çıxdıqlarını qabardır və bunun da yorğunluğa səbəb olduğunu deyirdilər. Onların bu iradını haqlı sayırsınızmı?
- Niyə eyni heyət çıxır, izah edim. Komanda qələbə qazanırsa, deməli, heyətdə dəyişiklik etməyə ehtiyac yoxdur. Əgər futbolçu zədələnirsə və oynamırsa, onu əvəzləyən gərək özünü elə göstərsin ki, əsas heyətdəki yerini itirməsin. Asanlıqla mövqeyini itirmək olmaz. Çalışmaq lazımdır. Digər yandan, futbolçu nizam-intizam qaydalarına riayət etmirsə, neyləməliyik? Əlbəttə, həmin futbolçunu məşqdən qovacağıq. Boşalan yeri tutmaq üçün də gərək futbolçu daim hazır olsun, özünü yaxşı tərəfdən göstərsin. Hər şey futbolçunun özündən asılıdır.
- Amma etiraf edək ki. ehtiyatda oturan futbolçular əsas heyətin oyunçularını layiqincə əvəz etmək iqtidarında deyillər.
- Çalışmaq lazımdır. Biz başqasında səhv axtarırıq. Deyirik ki, filankəs oynaya bilmir, onu heyətə qoyublar və s. Ancaq dərk etmir ki, bu cür düşüncə ilə özünü “söndürür”. Futbolçu istəkli olmalıdır, yoxsa inkişaf edə bilməzsən.
- Sözün düzü, AZAL-ın fasiləyə üçüncü pillədə yollanması bir çoxları üçün sürpriz oldu. Siz necə, komandanın hazırkı nəticəsindən razısınızmı?
- Son 4 oyundan 3 xal toplamağımız məni pis mənada təəccübləndirdi. Əlbəttə, bu nəticəni əldə etmişiksə, hansısa səhvləri buraxmışıq. Buna görə də 4 oyundan cəmi 3 xal toplaya bildik. Əgər həmin oyunlarda qələbə qazansaydıq, daha yaxşı təəccübə səbəb ola bilərdik. Qaldı ki çoxlarını təəccübləndirməyimizə, mən burda qeyri-adi heç nə görmürəm. Futbol kollektiv oyundur, komanda şəklində bunu mütləq göstərməli idik.
- Məşqçilər korpusunda da dəyişiklik baş verdi. Novruz Əzimov “Bakı”ya yollandı, əvəzində Gəray Qarayev məşqçilər korpusuna dəvət edildi. Bunun bir qədər gözlənilməz olduğunu qeyd deyə bilərikmi?
- Bəli, bizim üçün də gözlənilməz oldu. Novruz Əzimov uzun müddətdir ki, komandada çalışırdı. Gəlib dedi ki, “Bakı”dan təklif almışam, getmək istəyirəm. Dedim ki, indiki məqamda getməyini məsləhət görmürəm və qal mövsümü başa vuraq. Hər bir insanın öz düşüncəsi var. Özü qərar verdi. Təbii ki, qərarına hörmətlə yanaşmaq lazımdır. Klub olaraq, ona uğurlar arzuladıq. Gəray müəllimlə həm klub prezidenti Vaqif Qasımov, həm də mən söhbət etdim. Bildiyiniz kimi, Gəray müəllim hakimlərlə Antalyaya toplanışa gedəcək. Bizdən əvvəl plan qurulduğuna görə, biz də hörmətlə yanaşdıq. Ola bilsin, hansısa məşqçini özümüzlə aparaq. Bu məsələ yaxın günlərdə dəqiqləşəcək. Hələ ad açıqlamaq istəmirik. Namizədlər var.
- Son vaxtlar Zohair Benouahinin başqa kluba keçəcəyi, eləcə də “İnter”dən ayrılacağı gündəmdə olan Robertas Poşkusun AZAL-a keçəcəyi barədə kifayət qədər xəbərlər yayılıb. Bunlar həqiqəti əks etdirirmi?
- Bunlar əsası olmayan xəbərlərdir. Jurnalistlər xəbər alır ki, bəs eşitdik Zohair “Xəzər Lənkəran”a keçir, Poşkus isə AZAL-a. Bunu kim qurub, deyə bilmərəm. Yəni bu gündəmdə olsaydı, nəsə danışmaq olardı. Amma gündəmdə olmayan bir şey haqda heç nə demək olmaz. İkincisi, klubun daxilində bununla bağlı məsələ yoxdursa, bu söz-söhbət ancaq kənarda gəzirsə, deməli, əsassızdır.
- Ümumiyyətlə, Zohair haqda əksər məşqçilər müsbət fikirdədirlər. Necə düşünürsünüz, onu yayda komandada saxlamaq çətin olmayacaq?
- Hər klubun öz strategiyası, məqsədi var. Zohairin klubla müqaviləsi var. Onun xidmətində maraqlı olanlar mütləq klub rəhbərliyi ilə görüşməli, danışmalıdır. Bu gün belə bir söhbət yoxdur. Gələcəkdə necə olacağını onda danışarıq.

0
0