“Muğan” Bakıda qələbəni əldən verdi
22.01.2011 - 17:03
“Muğan” Bakıda qələbəni əldən verdi
Bu gün Salyanın “Muğan” klubu Bakıda yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi I divizionda oynayan Bakının “Rəvan” klubu “Neftçi”nin keçmiş bazasının meydançasında görüşüb. Oyunda qalib müəyyənləşməyib – 2:2. Halbuki “Muğan” hesabda 2 dəfə irəlidə olsa da, hər dəfə üstünlüyünü əldən verib. “Muğan”da heyətində olan yeni legionerlər fərqləniblər. “Rəvan” isə qış fasiləsində qovduğu 6 futbolçunun əvəzinə gətirdiyi bu sayda oyunçuların xidmətindən yararlanıb. Bunlardan 4-ü I divizionda rəqibi olan Qusarın “Şahdağ” klubundan cəlb olunub.

Qeyd edək ki, “Muğan” qış hazırlığını ölkə daxilində keçirərək, daha çox Salyanda hazırlaşır.