Azərbaycan Rusiya futboluna qara tarix yazdı
22.01.2011 - 18:02
Azərbaycanı “Birlik kuboku” turnirində təmsil edən “İnter”in yarımfinalda Rusiyanın “Zenit” klubu üzərində 5:0 hesablı qələbəsi tarixə düşdü. Apasport.az saytının hesablamalarına görə, bu, 1993-cü ildən keçirilən, daim təşkilatçı olan rusların turnirdə ilk böyük hesablı məğlubiyyəti olub. “Birlik kuboku”nu hamıdan çox qazanan (8 dəfə) şimal qonşularımız 18 ildə belə ağır məğlubiyyət almamışdı. Düzdür, “İnter” son Rusiya çempionu “Zenit”in əsas yox, əvəzedici komandasını darmadağın etsə də, tarixdə istənilən halda, nəticə qalır.
Bununla da “İnter” digər klublarımızın da heyfini çıxdı. Axı “Birlik kuboku”nda ruslarla xüsusilə ötən əsrdəki oyunlarımız böyük uğursuzluqla nəticələnib. Turnirdə ən böyük hesablı məğlubiyyətimizi də məhz onlardan almışıq. Bu, 18 il öncə Moskva “Spartak”ının “Neftçi”yə 8:0 hesabı ilə qalib gəldiyi oyundur. “Birlik kuboku”nun ən çox qalibi olan (6 dəfə) “Spartak” qalan 3 oyunda da komandalarımız üzərində inamlı qələbə qazanıb. Həmin 4 qələbədən 3-ü böyük hesablı olub.
XXI əsrdə isə ruslar artıq bizimkiləri çətinlikləri yenməli olur. Təsadüfi deyil ki, “Neftçi” “Birlik kuboku”nda ilk dəfə finala çıxdığımız 2005-ci ildə Moskvanın “Lokomotiv” klubu ilə oyunda hesabda irəlidə olduğu halda, sonda qələbəni əldən verdi – 1:2. Bundan 2 il sonra MOİK-in əvəzediciləri “Bakı”nı ¼ finalda yalnız oyun sonrası penalti zərbələri ilə yenməyə müvəffəq olub. Adətən Moskvada olan turnir 2 ildən sonra yenidən Sankt-Peterburqda keçirilir və bu, yerli “Zenit”in doğma azarkeşləri qarşısında biabır olması ilə nəticələnir.
Qeyd edək ki, Rusiya “Birlik kuboku”nda yeniyetmələrdən ibarət yığması ilə də təmsil olunsa da, bu komanda müsabiqədən kənar çıxış etdiyindən, nəticələrini nəzərə almamışıq.
Rusiya və Azərbaycan klublarının “Birlik kuboku”da görüşləri
Qrup mərhələsi
27.01.1993. “Spartak” (Moskva) – “Neftçi” (Bakı) – 8:0
30.01.1995. “Spartak” (Moskva) – “Neftçi” (Bakı) – 5:0
25.01.1997. “Spartak” (Moskva) – “Neftçi” (Bakı) – 4:2
22.01.2000. “Spartak” (Moskva) – “Kəpəz” (Gəncə) – 6:1
Final
23.01.2005. “Lokomotiv” (Moskva) – “Neftçi”(Bakı) – 2:1
¼ final
24.01.2007. MOİK (Moskva, əvəzedici komanda) – “Bakı” – 0:0 (penaltilərlə - 3:2)
Yarımfinal
21.01.2011. “Zenit” (Sankt-Peterburq, əvəzedici komanda) – “İnter” (Bakı) – 0:5
Mehman SÜLEYMANOV

0
0