Vaqif Cavadovun “Şaxtyor”a qolu qələbəyə yetmədi
22.01.2011 - 22:02
Vaqif Cavadovun “Şaxtyor”a qolu qələbəyə yetmədi
“Bakı” klubu Türkiyənin Antalya şəhərində 2-ci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, latviyalı Aleksandr Starkov yeni komandasının sükanı arxasında ikinci görüşünü bu gün Qazaxıstanın Superliqa təmsilçisi “Şaxtyor”la keçirib və 1:1 hesablı bərabərliyə qalıb.
Oyunda hesabı “Bakı” açıb. Millimizin hücumçusu Vaqif Cavadov 9-cu dəqiqədə qazaxların qapısına təxminən 28 metrdən təyin edilən cərimə zərbəsini gözəl zərbə ilə dəqiq yerinə yetirib. Ancaq rəqib hələ fasiləyədək hesabı bərabərləşdirə bilib. 30-cu dəqiqədə Dostanbəyov tarazlığı bərpa edib. “Bakı”nın maraqlı keçən oyunda hesabda irəli çıxmaq üçün bir neçə qol imkanı olsa da, bundan istifadə bilməyib.
Qeyd edək ki, Starkov debüt oyununda Qazaxıstanın digər klubu – “Akjayık”a böyük hesabla qalib gəlmişdi -3:0. Komandam;z Antalyada daha 2 yoxlama oyunu keçirəcək.

Mənbə: fcbaku.com