Ramiz Məmmədov Qazaxıstan futbolunda ilkə imza atır
23.01.2011 - 00:00
“Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov Qazaxıstan futbol tarixində ilkə imza atmağa yaxındır. Apasport.az saytının məlumatına görə, bu ölkədə ilk portuqaliyalı futbolçu məhz Məmmədovun komandasında debüt edə bilər. Söhbət vətənində “Naval” klubunda oynamış Kuasto Conatasdan gedir. Onunla komanda yoldaşı olmuş braziliyalı Joa Nivaldo da “Atırau”da baxışdadır.
Ümumiyyətlə, Məmmədov bir qrup legionerləri sınaqdan keçirir. Bunlar Nigeriyadan İbe Zito Oqbonna ilə Alfred, Qanadan Mozes Sakidir. Alfred Türkiyənin Antalya şəhərində ilk hazırlıq prosesində Almaniyanın 3-cü Bundesliqa təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qol vurub.

- “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
0
0