“Danışılmış oyunlar futbolumuzun ən ağrılı yeridir” - MÜSAHİBƏ
23.01.2011 - 12:26
“Gəncə” klubunun futbolçusu Samir Zərgərovun apasport.az saytına müsahibəsi
- “Gəncə”dəki çıxışınızla diqqət mərkəzinə düşməyi bacarmısınız. Bu sizi hardasa yormur?
- Xeyr, niyə də yormalıdır? Əksinə, diqqət mərkəzində olmaq daha yaxşıdır. Şəhərə çıxanda adamı tanıyır, yaxınlaşır, hal-əhval tuturlar. Bundan ancaq məmnun qalmaq olar.
- Bəzən görürsən ki, məşhurluq əks nəticə verir. “Ulduz xəstəliyi”nə tutulma olur. Bundan çəkinmirsiniz?
- Məndə nə özündənrazılıq, nə də “ulduz xəstəliyi” var. Gündəlik rejimim belədir: məşqə gedirəm, məşqdən sonra isə evə. Başqa işlərlə aram yoxdur.
- Özünüzü ulduz futbolçu sayırsınızmı?
- Ulduz futbolçu o adama deyirlər ki, böyük nəticələr qazanıb. Azərbaycanda ulduz futbolçu yoxdur. Səbəbinə gəldikdə, elə ciddi bir uğur qazanmamışıq ki, özümüzü də ulduz sayaq.
- Əgər sizdən ilin ən yaxşı futbolçusunun kimliyini xəbər alsalar, kimin adını deyərsiniz?
- Portuqaliya yığmasının və Madrid “Real”ının yarımmüdafiəçisi Kristian Ronaldonun adını çəkərəm.
- Siz də millinin oyunçususunuz. Bu hardasa məsuliyyətinizi artırıbmı?
- Əlbəttə, məsuliyyət birə-beş artır. Həm də milliyə çağırılmaq üçün nə qədər əziyyət çəkirsənsə, oradakı yerini qorumaq üçün 2-3 dəfə daha çox çalışmalısan.
- Futbola başlayanda nə vaxtsa milliyə dəvət alacağınızı düşünürdünüzmü?
- Yığmanın formasını hər bir futbolçu geyinmək istəyir. Təbii ki, futbolda ilk addımlarımızı atan zaman arzularımızdan biri də millinin heyətə cəlb olunmaq idi. Bunu istəməyən futbolçunun varlığına inanmıram. Bir azərbaycanlı kimi üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzulamışam.
- Gəncədə futbola maraq böyükdür. Oyunlara gələn azarkeşlərin sayı da bunu sübut edir. Necə düşünürsünüz, onlar komandaya mənəvi dayaq ola bilirlərmi?
- Komandanı dəstəkləyirlər. Ancaq bəzən düzgün olmayan hərəkət də eləyirlər. Stadionda söyüş söyürlər, futbolçuları təhqir edirlər. Belə şeylərə yol vermək olmaz. Futbolçu da insandır.
- Onlar futbolçuları söyəndə cavab verirsinizmi?
- Mənimlə işləri yoxdur, xətrimi çox istəyirlər. Onlara təşəkkürümü bildirirəm. İndiyə qədər heç nə deməyiblər. Amma belə götürəndə, mənə deməsələr də, ətrafımızda olanlardan kimlərəsə deyirlər. Əlbəttə, yaxşı hal deyil. “Gəncə”nin stadionuna heç futbola baxmağa gəlməyənlər də var.
- Olubmu ki, bu və ya başqa səbəbdən azarkeşlərlə dava-dalaş yaransın?
- Hələ ki belə halla rastlaşmamışıq. Biz də qayıdıb onlara artıq-əksik nəsə desək, alınmaz. Üzümü tutub deyirəm ki, stadiona futbola baxmağa, komandamızı dəstəkləməyə gəlin. Futbolda udmaqla yanaşı, uduzmaq da var. Amma istənilən halda komandanı dəstəkləmək lazımdır.
- Bəs onda azarkeşlər öz narazılıqlarını necə bildirməlidirlər?
- Müxtəlif üsullardan istifadə edə bilərlər. Müəyyən şüarlar səsləndirmək də olar, plakat yazmaq da. Ancaq bizdə çox kobud şəkildə danışırlar.
- Özünüz davaya meylli insansınız?
- Hər şeyi sakitcə yoluna qoymağa çalışıram. Azərbaycanda dava-dalaş kimə xeyir verib? Çalışıb belə şeylərdən uzaq olmaq lazımdır.
- Bəlkə acısını daddığınıza görə belə deyirsiniz?
- Çox şükürlər olsun ki, hələ belə acı yaşamamışam. Gördüklərimə əsasən deyirəm.
- Orta məktəb illərində də dalaşmamısınız?
- Onda istər-istəməz olur. Bu bütün məktəblilərin başına gəlir. Ancaq elə də ciddi dava-dalaş olmur. Uşaq söhbətləri olur, qurtarır.
- İlk məhəbbətinizi necə, xatırlayırsınız?
- Xeyr. Qızlarla ünsiyyət olsun və ya sevgi haqda düşünmək olsun, yadıma gəlmir. İndi evliyəm. Cəmi bir dəfə sevmişəm. Amma bu haqda danışmaq istəmirəm. Olarmı?
- Problem yoxdur. Niyə bizim futbolçular, xüsusilə də şəxsi həyatları ilə bağlı verilən suallardan çox vaxt yayınırlar?
- Eləsi var ki, qapalı deyil. İstənilən suala məmnuniyyətlə cavab verirlər.
- Amma özünüz danışmaqdan yayındınız...
- Mətbuatda heç vaxt şəxsi həyatım haqda danışmaq istəməmişəm.
- Bəlkə evli olduğunuz üçün keçmişi xatırlamaq istəmirsiniz?
- Bu məsələnin evli olmağımla bağlılığı yoxdur. Heç subay olanda da danışmamışam.
- Xanım fanatlarınız var?
- Dəqiq bilmirəm, amma deyəsən, var.
- Nədən bilirsiniz?
- İnternet vasitəsilə nəsə yazırlar.
- Heç olubmu, onlardan hansısa sevgi mesajı yazsın?
- Xeyr. Ailəli olduğumu deyirəm.
- Eləsi var ki, bu fakt onun üçün heç də əhəmiyyət kəsb etmir.
- Məndə elə şey yoxdur.
- Dinə münasibətiniz necədir?
- Namaz qılanlara hörmətlə yanaşıram. Özüm namaz qılmıram, amma gələcəkdə ibadətə başlamaq fikrim var.
- İndi futbolçular arasında ibadət eləyənlərin sayı xeyli artıb. Ancaq görürsən ki, əməlləri ilə əqidələri uyğun gəlmir.
- Futbolçuların demək olar, 80 faizi namaz qılır. Bu artıq onların şəxsi işləridir. Allah qarşısında o cavab verəcək. Heç kim həmin insanın əvəzinə axirətdə cavab verməyəcək.
- Oyun alqı-satqısından çox danışılır. Bu cür halla heç rastlaşmısınızmı?
- Oynadığım komandaların heç birində bu halla rastlaşmamışam. Amma kim ki, alqı-satqıdan danışır, deməli, özü bu işlə məşğul olur. Danışılmış oyunlar futbolumuzun ən ağrılı yeridir.
- Hansı müdafiəçiyə qarşı oynamaqda çətinlik çəkirsiniz?
- Rail Məlikova. Onu keçib qol vurmaq imkanlarım olub, amma istifadə edə bilməmişəm. Niyəsə ona qarşı oynayanda, qol vura bilmirəm.
- Qapıçıları necə, aldatmaq asandırmı?
- Yaxşı qapıçılarımız var. Bu oyunda olmasa da, növbəti matçda qol vurmaq mümkündür.
- 6 nömrəli futbolkada çıxış edirsiniz. Bu rəqəmi seçməyinizin sirri varmı?
- Əvvəllər 25 nömrəni seçmişdim. Həmin ədəd yaşadığım Xanlar rayonunda qeydiyyatda olan avtomobillərin nömrə seriyası idi. “6-ya” gəldikdə, görünüşü qəşəng olduğuna görə, seçdim. Həm də bu nömrə altında çıxış etmək mənə düşərli oldü.
- Ən böyük arzunuz nədir?
- Futbol sahəsində qabaqcıl yerlərdən birini tutmaq. Qoy yığmamız oynayanda uduzacağımız haqda düşünməsinlər. Hamı qələbəmizə inansın.
- Futbolçu olmasaydınız, hansı sahəni seçərdiniz?
- Ancaq futbol haqda düşünmüşəm. Heç vaxt nə aktyor, nə də rəssam olmaq istəmişəm. Onlar haqda heç vaxt düşünməmişəm.

0
0