“Xəzər Lənkəran”ın axtarışları: 1-i imtina etdi, 2-si düşünür
25.01.2011 - 12:34
Azərbaycanın ən tanınmış idman həkimi Boris Xetaqurovla yollarını ayıran “Xəzər Lənkəran” onu əvəzləyəcək mütəxəssisi tapmaqda çətinliklə üzləşib. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, kluba daha 1 həmyerlisini gətirmək istəyən rumıniyalı baş məşqçi Mirça Rednikin axtarışları hələ ki bir nəticə verməyib.
Buxarest “Rapid”inin həkimi Marian Dumitru ilə razılaşan lənkəranlılar sonda gözlənilməz imtina ilə üzləşib. Məsələ ondadır ki, ayda 3 min avro maaş almağa razılaşan həkim “Rapid” rəhbərliyi tərəfindən əmək haqqının 1000 avro qaldırılması üzündən fikrindən daşınıb.
İndi Rednik “Astra Ploeşti”nin həkimi Gabriel Kopaççi, “Politexnika İaşi”də çalışan Marius Pralea ilə danışıqlar aparır. Hələ götür-qoy edən rumıniyalı həkimlər qəti qərar verməyiblər.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0