Andrey Arşavinin agenti: Azərbaycan çempionatı o səviyyədə deyil
11.02.2011 - 09:40
Andrey Arşavinin agenti: Azərbaycan çempionatı o səviyyədə deyil
Azərbaycan futboluna axan pulların çoxluğu, Premyer Liqamızın isə aşağı səviyyədə olması ölkədən kənarda da müzakirə olunur. Apasport.az saytının məlumatına görə, bu, Rusiya milli komandasının və İngiltərənin “Arsenal” klubunun futbolçusu Andrey Arşavinin agenti Denis Laxterin də diqqətindən yayınmayıb.

Öz ölkəsində kifayət qədər tanınan FİFA agenti “Birlik kuboku”nun qalibi olan Bakının “İnter” klubunun timsalında digər komandalarımızın da super ulduz transfer etmək arzularının reallaşmasının mümkünsüzlüyünü açıqlayıb: “Yəqin ki, onlar məşhur avropalı almaq üçün böyük pullar ödəməyə hazırdırlar. Yoxsa ki, bakılılar hansı stimulla oyunçunu cəlb edə bilərlər? Onların çempionatı da o səviyyədə deyil. Azərbaycan futbolu indi elə bir mərhələdədir ki, biz bunu 5 il əvvəl keçmişik. O vaxt əsl ulduzlar Rusiyada oynamaq perspektivinə skeptik yanaşırdılar”.