Zaur Ramazanovun başçılıq etdiyi 60 nəfərlik siyahı
21.02.2011 - 15:26
Daha 2 futbolçu “Xəzər Lənkəran” klubunda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, komandanın Premyer Liqanın XXI turunun AZAL-a 2:1 hesabı ilə qalib gəldiyi görüşdə rəqib qapısına qol vuran hər iki oyunçusu – Elnur Abdullayevlə rumıniyalı Hristu Kiaku ilk dəfə buna nail oldular. Onlar Lənkəran təmsilçisində keçirdiyi 2-ci oyununda qol hesabını açdılar.
Bu görüşədək 58 oyunçu “Xəzər Lənkəran”ın formasında rəqib qapısına yol tapmışdı. Nisbətən tez fərqlənən Elnur bu siyahıda 59-cu oldusa, sonradan meydana çıxan Hristu komandanın tarixinə 60-cı qolçu kimi düşdü. Ancaq “Xəzər Lənkəran”ın 60 futbolçusundan başqa daha 4 oyunçu onun azarkeşlərinə qol sevinci bəxş edib. Bunlar avtoqol müəllifi olan rəqiblərdir.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın 60 qol vuran futbolçusu arasında ən yaxşı nəticə Zaur Ramazanova məxsusdur. Ötən yay karyerasını bitirən 35 yaşlı hücumçu “ağ-yaşıl” formada müxtəlif yarışlarda üst-üstə 44 qol vurub.
Mənbə: lankaranfc.com

0
0