Hacı Hacıyev Mahir Şükürova əvəzləyici tapıb
07.03.2011 - 10:01
“Anji” klubunun baş məşqçisi Hacı Hacıyev həmyerlimiz Mahir Şükürova əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, dağıstanlı mütəxəssis zədə səbəbindən heyətdən kənarda qalan Mahirin oynadığı yarımmüdafiənin sağ cinahında bizlərə tanış olan digər futbolçuya şans verib. Bu, vaxtilə 19 yaşlılardan ibarət yığmamızda oynamış Şamil Lahiyalovdur.
Əslində, Lahiyalov hücumçu olsa da, Hacıyev Türkiyədəki toplanışda Norveçin “Tromse” klubuna 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə onu sağ cinah yarımmüdafiəçisi kimi oynadıb. Fəallığı ilə seçilən Şamilin qol vurmaq imkanı olub. O, buna nail olmasa da, “Anji” fasilədən sonra vurduğu 2 qolla meydanı qalib tərk edib. Bununla, Şükürovun komandası Türkiyədə qış fasiləsində yoldaşlıq görüşlərində artıq 11-ci oyundur qol buraxmır.
Hacıyev oyunla bağlı açıqlamasında futbolçular arasında anlaşmanın getdikcə yaxşılaşdığını, əsas bunun olduğunu bildirib. O, ilk turda “Krasnodar”la ev oyunu üçün start heyətini 70-80 faiz müəyyənləşdirdiyini söyləyib. Mahirin son toplanışları buraxdığını, ən azı 10 gündən sonra sıraya dönəcəyini nəzərə alsaq, onun martın 12-də açılış matçını iştirak etməyəcəyi dəqiqdir.

0
0