Riyaziyyat, coğrafiya və etika dərsi
10.03.2011 - 18:12
Çoxdandı qəzet və saytlarda “görünməyən” “Neftçi” rəsmiləri bu gün mətbuat konfransı keçirdilər. Məqsəd son vaxtlar hakimlərin bu komandaya rəğbət bəsləyib, müəyyən köməklik etməsi kimi fikirlərin qarşısını almaq idi. Bilmirəm, buna nə qədər nail oldular. Amma məni maraqlandıran odur ki, “ağ-qaralar”ın tədbirində yalan ayaq açıb yeridi. Komandadan qovulacağı çoxdan gündəmdə olan vitse-prezident Tahir Süleymanov yanlış açıqlama ilə media nümayəndələrini aldatmağa çalışdı.
O, komandanın əsasən yerli futbolçulardan qurulduğunu deməklə, öz işinin ideal vəziyyətdə olduğunu iddia edib, digər klubların “bostanına daş atdı”: “Neftçi”nin baş məşqçisi də, kadrları da yerlidir. Türkiyəli Mehmet Ak isə bizim üçün əcnəbi sayılmır. “Neftçi” “Qarabağ”la yanaşı, ən azı legioner oynadan 2 klubdan biridir. Bu 2 komandanı çıxmaqla, digərlərinin heyətində 17-18 yaşlı futbolçular oynamır. Ölkəmizə 25-30 legioner gətirən klublar heç bu qədər tənqid olunmur”.
Görəsən, doğurdanmı ölkənin ən köklü klubunun vitse-prezidenti postunda maaş alan birisinin komandasında neçə legioner olmasından bixəbərdir?
Bizə də yox, qaqaş. Səni bilmirəm, mən də çoxları kimi orta məktəbdə riyaziyyat və coğrafiya dərslərinə müntəzəm getmişəm. Əgər getməmisənsə, buyur, bunları yaxşı-yaxşı oxu!
Riyaziyyatdan I dərs
I dövrədə “Neftçi”nin heyətində 12 legioner oynayıb. İstəyirsənsə, birgə sayaq. Denis Silva – 1, İqor Mitreski – 2, Slavko Georgiyevski – 3, Flavinyo – 4, Emil Mpenza – 5, Bahodir Nasimov – 6, Viana da Silva – 7, Paulius Qribauskas – 8, Ruslan Kurbanov – 9, Vladimir Burduli - 10. Qışda daha ikisi alındı: Hima 11-ci, Rodriqinyo 12-ci oldu.
Düzdür, Burduli artıq geri göndərilib. Lakin 1 matça çıxmaqla, oynayanlar siyahısına düşüb. Ruslana gəlincə, Rusiyadan gətirilib milliləşən legioneri nə vaxtdan “Neftçi” yetişdirib?
Riyaziyyatdan II dərs
Premyer Liqada 12 klub var. Onların da hamısında legioner oynayıb. Hətta autsayder MOİK də Gürcüstandan qapıçı gətirmişdi. “Brat”, aşağıdakı cədvələ bax! Klubların heyətində ən azı 1 oyun keçirən legionerlərin sayına diqqət yetir və gör, nəsə hasil edə bilərsən?
Bacarmadınsa, birgə sayaq. MOİK hamıdan az əcnəbiyə güvənib. “Simurq” 2-ci, “Qarabağ” 3-cü, “Gəncə” 4-cü yerdədir. “Neftçi” isə ilk iki yerdən birində yox, 5-ci pillədədir. Düşün, 2 hara, 5 hara?
Coğrafiya dərsi
Hiss olunur ki, coğrafiyadan da yaxşı qiymət almamısan. Azərbaycanla Türkiyə nə vaxtdan eyni ölkə oldu “biradər”? Pasportda özünün də, Akın da vətəndaşlığına yaxşı bax.
Düzdür, legioner az olduğunu iddia edən klub rəsmisi futbolçuların vətəndaşlığında da yanıla bilər. Bəlkə də hələ 80-ci illərdə qaldığın üçün postsovet məkanından olan legionerləri hələ də bizimlə eyni məkanın təmsilçiləri sayırsan. Amma artıq SSRİ yoxdu “brat”. Nasimov və digərləri legionerdir, vəssalam!
Etika dərsi
Süleymanovun “Neftçi” ilə “Qarabağ”ı digərlərindən nə ilə fərqləndirdiyini necə izah edəcəyi də məlumdur. O, daha az əcnəbiyə güvənən MOİK, “Simurq” və “Gəncə”ni hesaba almır. Fikirləşir ki, onlar ikinci “altılıq” komandalarıdır. Amma digər klubları niyə aşağılayırsınız? Məgər bu komandalar Azərbaycanın deyil? Bir də ki, kim nə qədər legioner gətirirsə, bundan sənə nə? Hər halda, Kovalyov kimi qapıçıdan, Şarliya daha yaxşıdı axı...
Başqalarına quyu qazanın...
Bir də ki, bu taktika “sizli-bizli”, adama dost qazandırmaz. Tənqiddən qaçmaq üçün başqalarını hədəf göstərmək... Bu, mərdlik sayılmır axı. Amma Süleymanov “25-30 legioner gətirənlər tənqid olunmur” deyir. Bir sözlə, jurnalistlərə ağıl öyrədir ki, gedin, ən çox legionerə güvənənləri – yəni “Xəzər Lənkəran” və “Bakı”nı tənqid edin.
Tahir, peşəkarlıq legioner gətirməklə deyil. “Çelsi” və “Arsenal” kimi nəhənglərin başdan-ayağa əcnəbilərdən qurulduğu vaxtlar olub ki, bunun da sayəsində inkişaf ediblər. Təbii ki, onların başında sizin kimi gündə bir komandadan qovulanlar yox, peşəkarlar durub. Ən əsası isə tənqid olunmamaq üçün başqa yol seçin: başqalarını qabağa verməklə yox!

Denis Silva | 20 |
Yasin Hima | 1 |
İqor Mitreski | 21 |
Slavko Georgiyevski | 20 |
Rodriqo Sezar Kabral | 2 |
Flavio Aleks Valensio | 13 |
Emil Mpenza | 18 |
Bahodir Nasimov | 21 |
Alessandro Viana da Silva | 15 |
Ruslan Kurbanov | 2 |
Paulius Qribauskas | 11 |
Vladimer Burduli | 1 |
Riyaziyyatdan II dərs
Premyer Liqada 12 klub var. Onların da hamısında legioner oynayıb. Hətta autsayder MOİK də Gürcüstandan qapıçı gətirmişdi. “Brat”, aşağıdakı cədvələ bax! Klubların heyətində ən azı 1 oyun keçirən legionerlərin sayına diqqət yetir və gör, nəsə hasil edə bilərsən?
Xəzər Lənkəran | 23 |
Bakı | 22 |
İnter | 20 |
Qəbələ | 17 |
AZAL | 15 |
Muğan | 15 |
Turan | 15 |
Neftçi | 12 |
Gəncə | 10 |
Qarabağ | 7 |
Simurq | 4 |
MOİK | 1 |

0
0