“Qalatasaray”da topdan təmizləmə - SİYAHI
11.04.2011 - 12:22
“Qalatasaray”da topdan təmizləmə - SİYAHI
Tarixinin ən uğursuz mövsümünü keçirən “Qalatasaray” böyük dəyişiklər astanasındadır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda Superliqanın turnir cədvəlində 14-cü pilləsində qərarlaşan “Cim Bom” düz 15 futbolçu ilə yollarını ayırır.

Bunlardan 7 futbolçu - Harri Kyuell, Lukas Neyl, Aydın Yılmaz, Barış Özbək, Ufuk Ceylan, İnsua, Gökhan Zan göndəriləcək.

Digər 6 nəfər - Ayhan Akman, Mustafa Sarp, Hakan Balta, Zapata, Stanku, Culio satışa çıxarılacaq. Komandanın liderləri olan kapitan Arda Turanla əsas qol ümidi Milan Baroş isə özləri getmək istəyirlər.