Berti Foqts “Neftçi”nin məşqində
11.04.2011 - 12:57
Berti Foqts “Neftçi”nin məşqində
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Neftçi” klubunun bazasına baş çəkib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Premyer Liqanın liderinin məşq prosesini izləyib.

“Neftçi” XXVII tur çərçivəsində aprelin 17-də qəbul edəcəyi AZAL-la oyuna hazırlığa başlayıb. Foqtsun izlədiyi məşqdə yalnız Bahodir Nasimov iştirak etməyib. Özbək hücumçu “İnter”lə oyunda zədələndiyi üçün hazırlığı kənardan izləyib. Uzun müddətdir zədəli olan litvalı qapıçı Paulius Qribauskas yüngül məşq edib.