Elnur Allahverdiyev: Əsas odur ki, məni “Xəzər Lənkəran”a qaytarsınlar
11.04.2011 - 13:26
Elnur Allahverdiyev: Əsas odur ki, məni “Xəzər Lənkəran”a qaytarsınlar
“Haqqımda çıxarılan qərar mənim üçün gözlənilməz oldu. Rəhbərliyin belə qərar çıxaracağını gözləmirdim. Baş verənlərə görə, çox təəssüflənirəm. Həmin vaxt emosional olduğumdan, özümə nəzarət edə bilmirdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran” klubunun heyətindən kənarlaşdırılan Elnur Allahverdiyev deyib.

Premyer Liqanın XXVI turunda “Qarabağ”la oyundan sonra haqqında sərt ölçü götürülən 28 yaşlı futbolçu bunun səbəbini açıqlayıb: “Hamıya məlumdur ki, “Qarabağ”la oyun mənin üçün çox vacib əhəmiyyət daşıyır. Braziliyalı futbolçumuz Dieqo Qusmao Rauf Əliyevə qarşı çox kobud oynayaraq, 2-ci sarı vərəqəni aldı. Bu zaman özümü saxlaya bilməyərək, ona iradımı bildirdim. Onda komanda yoldaşlarım məni sakitləşdirdi, ancaq oyundan sonra özümdən çıxaraq, Dieqo ilə paltardəyişmə otağında dalaşdım. Buna görə məni heyətdən çıxardılar. Rəhbərliyə hərəkətimə izah etmədim, çünki belə imkan olmadı. Mənə izah etməyə heç nə yoxdur. Hamı gördü ki, meydanda və paltardəyişmə otağına nələr baş verdi”.

Allahverdiyev üzr istəməkdə qorxulu heç nə görməyərək, bunu etməyə hazır olduğunu bildirib: “Başa düşürəm ki, düzgün hərəkət etməmişəm. O vaxt hamıya çətin idi. Hərəkətimə görə təəssüflənirəm, belə etməməli idim. Üstəlik, çempionluq mübarizəsinin getdiyi məsuliyyətli anda özümü ələ almalı idim. Digər tərəfdən, məni də başa düşmək lazımdır. İndi hamımızın əsəbləri tarıma çəkilib. Milli komandada daim toplanışlar, zədələr, Belçika ilə oyunda yoxluğum, ağır məğlubiyyət, sonra “altılıq” oyunları – inanın ki, başım hərlənir. Mənə özümə nəzarət etmək daha da çətinləşir. Bu zaman isə “Qarabağ”la oyun, heç-heçə, qırmızı vərəqə...”.

Hələ nə edə bilməyən millimizin müdafiəçisi baş verənləri anlamağa imkanı olmayıb: “Vəziyyətə görə çox narahatam, çünki haqsız olduğumu bilirəm. Ümid edirəm ki, klub rəhbərliyi məni bağışlayaraq, komandaya qaytaracaq. Söz verə bilərəm ki, gələcəkdə belə şey olmayacaq. Qalan oyunlarda əvvəlki görüşlərdən daha yaxşı oynamağa hazıram. Əsas odur ki, məni “Xəzər Lənkəran”a qaytarsınlar”.

Qeyd edək ki, Elnur “Xəzər Lənkəran”a ötən yay “Qarabağ”dan keçib.

Mənbə: extratime.az