Ramiz Məmmədov: MOİK, yoxsa “Tobol”?
11.04.2011 - 13:58
Qazaxıstan kubokunun 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” klubunun da potensial rəqibinin adına aydınlıq gəlib. Həmyerlimizin komandası aprelin 20-də səfərdə keçiriləcək 1/16 final mərhələsinin “Astana” ilə görüşündə qalib gələrsə, MOİK – “Tobol” cütünün qalibi ilə qarşılaşacaq.
0
0