“Xəzər Lənkəran” üçün dönüş nöqtəsi, “Neftçi” ardıcıl 3-cü derbiyə çıxır
22.04.2011 - 10:38
“Xəzər Lənkəran” üçün dönüş nöqtəsi, “Neftçi” ardıcıl 3-cü derbiyə çıxır
Sabah Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, final mərhələsində II dövrənin startı ilə mübarizə həlledici mərhələyə qədəm qoyur. “Altılığ”ın startında qarşılaşacaq komandalar yenə münasibətlərini ayırd edəcəklər.

Tura ardıcıl 2-ci həftə “Şəfa” stadionunda “Muğan”ın ev oyunu ilə start veriləcək. Salyanlılar müvəqqəti rəqiblərini qəbul etdiyi bu arenada növbəti qələbəsini əldə etməyə yaxındır. Hər halda, “Simurq” “Turan”dan da aşağıda qərarlaşıb və I diviziona düşməsi şübhə doğurmur. Üstəlik, “Muğan” cari mövsümdə hər 3 oyunda rəqibini yenib.

Sabahkı digər 2 görüş isə ilk “altılıq” oyunları olduğundan, daha çox maraq doğurur. Lider “Neftçi” ardıcıl 3-cü Bakı derbisinə çıxacaq. Bu, “İnter” və AZAL-dan sonra “Bakı” ilə görüşdür. Son məğlubiyyəti məhz evdə “Bakı”dan alan “Neftçi” yenə meydan sahibi olacaq.

“Xəzər Lənkəran” “altılıq”da ilk qələbəsini doğma publika qarşısında qazanmağa çalışacaq. Mirça Rednikin çalışdırdığı komanda uğursuzluğa məhz AZAL-la görüşdə başlayıb. Final mərhələsinə “təyyarəçilər”lə “Şəfa” stadionunda məğlubiyyətlə başlayan lənkəranlılar ardından 4 heç-heçə edib. Göründüyü kimi, Nazim Süleymanovun yetirmələri “Xəzər Lənkəran”a “altılıq”da qalib gələn yeganə komandadır. İndi “Xəzər Lənkəran” üçün AZAL-la görüş dönüş nöqtəsi olmalıdır. Yəni, komanda həm ilk dövrədəki məğlubiyyətini əvəzini çıxmalı, həm də tilsimi qıraraq, “uğursuzluq zolağı”ndan çıxmalıdır.

“Altılıq”da ən yaxşı göstəriciyə malik “Qəbələ” son pillənin sahibi MOİK-i qəbul edəcək. Ancaq Toni Adamsın çalışdırdığı komanda autsayderlə 3 oyundan yalnız 1-də qalib gələrək, digər 2-də bərabərliyə qalıb. “Gəncə” – “Turan” növbəti Qərb derbisi kimi maraq doğurur. Üstəlik, Mehman Allahverdiyev uzun fasilədən sonra bu derbinin iştirakçısı olacaq. Allahverdiyev “Kəpəz”i çalışdırdığı vaxtda “Turan” da iddialı olduğundan, oyunlar böyük maraq kəsb edirdi.

Tura yekun vuracaq “Qarabağ” – “İnter” oyunu meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanova əlamətdar olacaq. Məşqçi kimi yubiley - 150-ci matçına çıxan 39 yaşlı Qurbanov futbolçu karyerasını başladığı “İnter”lə görüşəcək. “Qarabağ” çempionluq şansını saxlamaq üçün mütləq qalib gəlməlidir.

23 aprel

14:00. “Muğan” – “Simurq”
Bakı. “Şəfa” stadionu
Cari mövsümdə keçirilən oyunlar – 1:0, 1:0, 3:1

16:00. “Neftçi” – “Bakı”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari mövsümdə keçirilən oyunlar – 2:0, 0:2, 1:0

18:30. “Xəzər Lənkəran” – AZAL
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdə keçirilən oyunlar – 1:0, 2:1, 0:1

24 aprel

16:00. “Qəbələ” – MOİK
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Cari mövsümdə keçirilən oyunlar – 0:0, 0:3, 1:1

16:00. “Gəncə” – “Turan”
Gəncə. Şəhər stadionu
Cari mövsümdə keçirilən oyunlar – 1:1, 2:1, 1:0

16:30. “Qarabağ” – “İnter”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Cari mövsümdə keçirilən oyunlar – 0:1, 1:0, 2:0

Turnir cədvəli

1

Neftçi

27

17

8

2

47-12

59

2

Xəzər L

27

14

9

4

30-15

51

3

Qarabağ

27

15

5

7

33-16

50

4

AZAL

27

12

9

6

31-19

45

5

İnter

27

12

7

8

27-22

43

6

Bakı

27

9

9

9

29-24

36

7

Qəbələ

27

11

9

7

28-17

42

8

Muğan

27

9

8

10

21-28

35

9

Gəncə

27

6

11

10

27-31

29

10

Turan

27

6

6

15

21-39

24

11

Simurq

27

3

6

18

15-43

15

12

MOİK

27

2

5

20

9-52

11


Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.