“Barselona” və Tofiq Bəhramov üçün tarixi məkan
04.05.2011 - 09:38
İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının (ÇL) final oyununu ona düşərli məkanda keçirəcək. Apasport.az saytının məlumatına görə, kataloniyalılar turnirin ilk qalibi olduğu Londonun “Uembli” stadionuna çıxacaq. “Barsa” 1992-ci ildə ÇL Çempionlar Kuboku adlananda final oyununun (1:0) əlavə vaxtında İtaliyanın “Sampdoriya” klubuna Ronald Kumanın vurduğu qolla qalib gələrək, onu qazanmışdı.
Maraqlıdır ki, komandanın baş məşqçisi Xosep Qvardiola da həmin oyunun iştirakçısı olaraq, futbolçu karyerasında ən böyük mükafatını əldə etmişdi. İndi Qvardiola “Uembli”yə baş məşqçi kimi, komandasının 4-cü kubokunu qazanmağa gedir. “Barsa” 2006-cı ildə hollandiyalı baş məşqçisi Frank Raykaard, bundan 3 il sonra Qvardiolanın rəhbərliyi altında ÇL-in qalibi olub.
Qeyd edək ki, “Uembli” Azərbaycan futbol tarixində, daha dəqiq desək, məşhur hakimimiz Tofiq Bəhramovun da karyerasında dərin iz buraxıb. Həmyerlimiz 1966-cı ildə dünya çempionatının finalında İngiltərə ilə Almaniya yığmaları arasında final oyununun əlavə vaxtında meydan sahiblərinin vurduğu mübahisəli qolu hesaba almaqla dünya futbolunun tarixinə düşdü və həmin epizod indiyə kimi geniş müzakirə olunur.

0
0