Qardaşların görüşü və ya Pandev 11 ildən sonra Bakıya gəlir
04.05.2011 - 11:58
Azərbaycan və Makedoniya millilərinin avqustun 10-da yoldaşlıq görüşü keçirməsi, Pandev qardaşlarını Bakıda görüşdürəcək. Apasport.az saytının məlumatına görə, rəqibimizin lideri olan Qoran Pandevin kiçik qardaşı Saşko cari mövsümdən milli çempionatımızda oynayır.
Belə ki, yığmasına çağırılmayan 24 yaşlı yarımmüdafiəçi Salyanın “Muğan” klubunun şərəfini qoruyur. 2010-cu ildən şərəfini qoruduğu İtaliyanın “İnter” klubunun heyətində ölkə çempionluğu, kuboku, Superkuboku, Çempionlar Liqası, klublar arasında dünya çempionluğunu qazanan Qoran isə 11 illik fasilədən sonra ölkəmizə gələcək. O, hazırkı yığmasının aparıcı, ən məşhur futbolçusu olsa da, əsas yığma səviyyəsində bizə qarşı ilk dəfə oynayacaq. Halbuki bu, Makedoniya ilə milli səviyyəsində 5-ci görüşümüz olacaq.
28 yaşlı hücumçu ötən ilin mayında yığmamızla Avstriyadakı yoldaşlıq görüşünə çağırılsa da, iştirak etməmişdi. Buna da səbəb Qorana uğurlu, ağır mövsümdən sonra qorunaraq, istirahət verilməsi idi. Nəticədə Pandev həmin toplanışa çağırılan heyətdən sonradan çıxarıldı.
Onun Bakıya 2000-ci ilin sentyabrında İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynadığı rəsmi matç isə 21 yaşlılardan ibarət yığma (U-21) səviyyəsində oldu. Qoran 0:1 hesabı ilə uduzduqları tarixi görüşün iştirakçısı idi. Belə ki, U-21-miz bundan sonra düz 10 il rəsmi oyunda qalib gələ bilmədi.
Qeyd edək ki, Qoran 2002-ci ildən oynadığı millisində 54 oyunda 23 qol vurub. O, ölkəsində 3 dəfə (2004, 2006, 2010) ilin ən yaxşı futbolçusu seçilib.
Mehman SÜLEYMANOV

0
0