AFFA “Xəzər Lənkəran” rəhbərliyinə 10 min manatlıq cərimə kəsdi
10.05.2011 - 11:43
AFFA “Xəzər Lənkəran” rəhbərliyinə 10 min manatlıq cərimə kəsdi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum “Xəzər Lənkəran” rəhbərliyini cəzalandırıb.

Belə ki, NBC Bank Azərbaycan kubokunun cavab yarımfinalında keçirilən “Bakı” – “Xəzər Lənkəran” görüşü bitəndən sonra cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirovla komandanın rəisi Səməd Mustafayev hakimləri təhqir etdikləri üçün hər ikisi 5 oyunluq cəzaya və klub 10 min manat cəriməyə məruz qalıb.

Premyer Liqanın son turunda MOİK, “Qəbələ”, “Muğan” 4 və daha çox futbolçusu sarı vərəqə aldıqları üçün hərəyə 1000 manat cərimələniblər. MOİK – “Simurq” matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. Əli Bağırovla (“Simurq”) Ramal Hüseynov (“Gəncə”) son turda 2 sarı vərəqəyə görə meydandan kənarlaşdırdığı üçün hərəyə 1 oyun cəzalandırılıb, klublarını 200 manat ziyana salıblar.
0