Vüsal Əliyev “Differdanj” – “Levadiya” oyununda baş hakim olacaq
22.06.2011 - 17:00
Azərbaycanın daha bir FİFA hakimi UEFA-dan təyinat alıb. Apasport.az saytının məlumatına görə, Fariz Yusifov kimi Vüsal Əliyev də Avroliqada idarəçilik edəcək.
Əliyev iyulun 14-də Avroliqada “Differdanj” (Lüksemburq) – “Levadiya” (Estoniya) oyununa baş hakim təyin olunub. Bu, komandaların II mərhələdə ilk görüşü olacaq və hakimimizin köməkçiləri haqda sonradan məlumat veriləcək.
Qeyd edək ki, Yusifov I mərhələdə iyulun 7-də “Kalyu” (Estoniya) və “Honka” (Finlandiya) klublarının ilk görüşündə idarəçilik edəcək. Onun köməkçiləri Elman Musayev, Azər Əsgərov və Elçin Məmmədovdur.

- “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
0
0