Komandasını “Neftçi”yə rəqib etdi, Əlcəzairə getdi
23.06.2011 - 09:43
“Neftçi”nin Çempionlar Liqasında rəqibi olan Zaqrebin “Dinamo” klubunun sabiq baş məşqçisi Vahid Həlilhociç özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, təcrübəli bosniyalı mütəxəssis Əlcəzair milli komandasının baş məşqçisi təyin edilib. Həlilhociçlə 3 illik müqavilə imzalanıb. O, bu ayın əvvəlində postundan gedən Abdelxak Benşixanı əvəzləyib. Əlcəzair yığması onun rəhbərliyi altında cəmi 3 rəsmi oyun keçirib və Afrika Millətlər Kubokunun seçmə qrup mərhələsində son pilləyə düşüb.
Həlilhociçin qarşısında duran əsas vəzifələr komandasını 2013-cü il Afrika Millətlər Kubokunun və 1 il sonra dünya çempionatının final mərhələsinə düşmək olacaq. O, bundan əvvəl çalışdırdığı Kot D’İvuar millisini 2010-cu il dünya çempionatının final mərhələsinə çıxarsa da, turnirə az qalmış vəzifəsindən kənarlaşdırıldı. Məşqçilik karyerası daha çox Fransaya – “Lill”, “Renn”, PSJ klublarına bağlı olan Həlilhociç bir ay öncə Zaqreb “Dinamo”sundan istefa verdi. Komanda məhz onun rəhbərliyi altında mövsümü “qızıl dubl”la başa vurdu.

- “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
0
0