Yığmamız Makedoniya ilə yenə bacarmadı - YENİLƏNİB
10.08.2011 - 20:50
Azərbaycan yığması bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da Makedoniya millisi ilə qarşılaşan komandamız azarkeşlərini yenə məyus edib.
Bu il məğlubiyyətləri sıralayan millimiz bu uğursuz seriyaya son qoya bilməyib. İlk yarıda bir neçə qol vəziyyəti yaratmasına baxmayaraq, yığmamız meydandan məğlub ayrılıb.
Matçın taleyini 1 qol həll edib ki, bunu da Milan “İnter”indən tanıdığımız məşhur Qoran Pandev vurub. O, 58-ci dəqiqədə müdafiə xəttindəki yaranan səhvdən maksimum yararlanmaqla, komandasına qələbə qazandırıb. Bununla da, millimiz Makedoniyaya qarşı keçirdiyi 6-cı görüşdə də qələbəyə həsrət qalıb.
Qeyd edək ki, bu, yığmamızın Avro-2012-in seçmə mərhələ oyunları öncəsi son sınağı idi.
Beynəlxalq yoldaşlıq görüşü
10 avqust
20:00. AZƏRBAYCAN – MAKEDONİYA - 0:1
QOL: Qoran Pandev, 58
Bakı. “Dalğa Arena” stadionu. Baş hakim: Aleksey Kulbakov (Belarus)
AZƏRBAYCAN:1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 5. Elnur Allahverdiyev, 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 20. Fabio Luis Ramim, 4. Mahir Şükürov, 22. Əfran İsmayılov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev.
Baş məşqçi: Berti Foqts.
Ehtiyat oyunçular: 15. Aqil Məmmədov, 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Aqil Nəbiyev, 9. Murad Hüseynov, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 24. Arif İsayev, 25. Ufuk Budaq.
MAKEDONİYA: 1. Tome Paçovski, 2. Stefan Ristovski, 3. Qoran Popov, 4. Vançe Şikov, 5. Daniel Moysov, 7. Ferhan Hasani, 8. Muhammed Demiri, 9. Veliçe Şumulikoski, 10. Aleksandr Traykovski, 11. Qoran Pandev, 13. İvan Triçkovski.
Baş məşqçi: Boban Babunski.
Ehtiyat oyunçular: 1. Martin Boqatinov, 6. Slavço Georgiyevski, 14. Stefan Spirovski, 15. Vladimir Dimitrovski, 17. Vlatko Qrozdanoski, 18. Samir Fazli.

0
0