Samuel Eto’O “Anji”də oynamağa razılıq verdi
10.08.2011 - 13:39
Kamerun yığmasının kapitanı Samuel Eto’O karyerasını Rusiyada davam etdirməyə razılıq verib. Apasport.az saytının məlumatına görə, “İnter”in 30 yaşlı futbolçusu bu il gurultulu transferlərlə diqqət çəkən “Anji” ilə 3 illik müqavilə bağlamağa hazır olduğunu bildirib.
“Anji”nin nümayəndələrinin Milan klubun rəhbərliyi və Samuellə görüşü müsbət nəticələnib. Hücumçunun şəxsi müqaviləsinin detalları ilə bağlı razılıq əldə olunub.
Tərəflər qarşıdakı günlərdə danışıqların 2-ci mərhələsini edəcəklər. Bu zaman “İnter”lə “Anji” Samuelin transferinin həllini bitirməyi planlaşdırırlar. Eto‘O-nun Mahaçqala təmsilçisi ilə bağlayacağı 3 illik müqaviləyə görə məvacibi 20 milyon avro təşkil edəcək.
Qeyd edək ki, məşhur braziliyalı futbolçu Roberto Karlosu alaraq, kapitan təyin edən “Anji”nin məşqçilərindən biri həmyerlimiz Vaqif Sadıqovdur.

0
0