Qus Hiddink: Danışılmış oyuna qalsaydı, Azərbaycandan oyunu alardıq
10.08.2011 - 13:52
Qus Hiddink: Danışılmış oyuna qalsaydı, Azərbaycandan oyunu alardıq
Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink Estoniya yığması ilə avqustun 10-da keçirəcəkləri yoldaşlıq görüşü öncəsi ölkə futbolundakı danışılmış oyunlarla bağlı yenidən şok açıqlama verib.

Lent.az-ın məlumatına görə, jurnalistlər ondan Hollandiya mətbuatına dediyi “Türkiyə yığması danışılmış oyuna çıxsa, vəzifəmdən gedərəm” sözlərinə şərh verməsini istəyiblər. Bu zaman Hiddink zarafatca deyib: “Əgər bu işlər danışılmış oyunla müəyyənləşdirilsəydi, Azərbaycandan oyunu satın alardıq. Mən Hollandiya mətbuatına açıqlamamda Türkiyə Futbol Federasiyasının belə bir işlə məşğul olmadığını da söyləmişəm”.


Qeyd edək ki, Qus Hiddinkin bəhs etdiyi Azərbaycan və Türkiyə arasında oyun 2010-cu il oktyabrın 12-də Bakıda keçirilib. Həmin qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb – 1:0.